Pulsuz paltar istəyən bu mağazaya gəlsin – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Pulsuz paltar istəyən bu mağazaya gəlsin – FOTOLAR

Lənkəran sahibkarlarından biri maraqlı xeyriyyə aksiyasına start verib.

Şəhər sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Mir Mustafaxan küçəsində açılmış mağazada ehtiyacı olanlara pulsuz geyimlər paylanılır.

Paltarların bir qismi təzə, bir qismi isə istifadə edilmiş geyimlərdir.

Xatırladaq ki, ölkəmizdə ehtiyacı olanlara pulsuz çörəyin paylanılması aksiyasına da ilk dəfə bu şəhərdə start verilmişdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm