Dəhşətli AÇIQLAMA: "Azərbaycanda qızını qumarda uduzan atalar var”
Bizi izləyin

Qırmızı.az

Dəhşətli AÇIQLAMA: "Azərbaycanda qızını qumarda uduzan atalar var”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə qeydiyyatsız nikahlarının sayının artmasından ciddi narahat olduğunu deyib.

APA-nın məlumatına görə, bu gün Milli Məclisdə keçirilən “Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbirdə çıxış edən E. Süleymanova bildirib ki, Azərbaycanda qeydiyyata alınmayan nikahların sayı getdikcə artır: “Bu hal kəndlərdə və rayonlarda daha çox olur. Kimisə zorla ərə verirlər, nəticədə ortaq məxrəcə gələ bilmirlər, ciddi problemlər ortaya çıxır. Bütün bunlar ailə institutunun formalaşmasına əngəl olur”.

Onun sözlərinə görə, ailələrin dağılması ilə nəticələnən səbəblərdən biri də narkomaniya və qumar aludəçiliyidir: “Son vaxtlar bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar peyda olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm