“İnterfax-Azərbaycan” agentliyində kütləvi İXTİSARLAR
Bizi izləyin

Qırmızı.az

“İnterfax-Azərbaycan” agentliyində kütləvi İXTİSARLAR

“İnterfax-Azərbaycan” informasiya agentliyində kütləvi ixtisarlara başlanılıb.

Publika.az-ın agentlikdən əldə etdiyi məlumata görə, “İnterfax-Azərbaycan”-ın ümumi işçilərinin 50 faizdən çoxu işdən çıxarılıb. Son günlər ərzində isə agentliyin 10 jurnalisti işini itirib.

Rəhbərlik ixtisarları maliyyə çətinlikləri ilə əsaslandırır.

Xatırladaq ki, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Rusiyanın “İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun (Interfax Information Services Group) və ARDNŞ-nin təsisçiliyi ilə 2002-ci ilin oktyabrında Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə yaradılıb.

Agentliyin yaradılmasında başlıca məqsəd Azərbaycanda baş verən prosesləri dəqiq, obyektiv və operativ şəkildə “İnterfaks”ın qlobal əməliyyat sistemi vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq, ölkəmiz haqqında tam və dəqiq təsəvvür yaratmaq olub. Bu məqsədlə agentlik “www.ifx.ru” və “www.interfax.az” saytları vasitəsi ilə “on-line” rejimində “Аzərbaycan xəbərləri” və “Новости Азербайджана” adlı xüsusi informasiya məhsulları buraxır.

Baş ofisi Bakıda yerləşən agentliyin Naxçıvan, Gəncə, Lənkəran və Qəbələdə müxbir məntəqələri fəaliyyət göstərib.

Onu da bildirək ki, bir müddət öncə Azərbaycanda fəaliyyət göstərən “Sputnik” xəbər agentliyi də bütün işçiləri ilə əmək müqaviləsini dayandırıb.

Bildirilib ki, agentliyin (“Sputnik.az”) bütün əməkdaşlarına işdən azad edildikləri elan olunub. Daha sonra yeni kollektiv formalaşdırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm