Bu yay isti olacaq - QURAQLIQ TƏHLÜKƏSİ
Bizi izləyin

Qırmızı.az

Bu yay isti olacaq - QURAQLIQ TƏHLÜKƏSİ

Bu il Azərbaycanda yenidən quraqlıq müşahidə olunacaq.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Son 7-8 ildə qlobal iqlim istiləşmələri səbəbindən Azərbaycanda hər il quraqlığın müşahidə olunduğunu deyən M.Həsənovun sözlərinə görə, ölkədə quraqlıq adətən iyulun III ongünlüyündən avqustun I ongünlüyünədək olan müddətdə müşahidə edilir.

M.Həsənov bildirib ki, ötən il iyulun 20-dən avqustun 25-dək ölkədə quraqlıq müşahidə edilmişdi. Bu il quraqlığın müşahidə ediləcəyi gözlənilsə də, onun intensivliyi ötənilki kimi olmayacaq.

Alim qeyd edib ki, bu il qurağlığın iyulun 20-dək avqustun 5-dək olan müddətdə olacağı gözlənilir. Quraqlıq Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcək.

Bu il yayda Azərbaycanda havanın temperaturunun ötən illərlə müqayisədə 1-2 dərəcə yüksək olacağını deyən M.Həsənov əlavə edib ki, cari il quraqlığın müşahidə olunması bitkilərin inkişaf fazasını ləngidəcək, əsasən pambığın, bostan bitkilərinin məhsuldarlığını azalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm