
Bakıda ağır qəzaya düşən təcili tibbi yardım briqadasının əməkdaşı dünyasını dəyişib.
Bakının Yasamal rayonu ərazisində, İnşaatçılar prospektində qəzaya düşən briqadanın əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından
verilən məlumata görə, martın 22-də İnşaatçılar prospekti, 36
ünvanına çağırışa gedən təcili yardım maşınını “Toyota Rav 4”
markalı avtomobil arxadan vurub.
Onun “Mercedes” markalı tibbi yardım maşınına çırpılması
nəticəsində 6 nəfər ağır yaralanıb. Ağır xəsarət alanlar arasında
briqadanın həkimi, 60 yaşlı Oqtay Quliyev, sürücü Zakir Abbasov, 58
yaşlı feldşer Kifayət Vəliyeva, maşında olan iki xəstə olub.
Yaralılardan K.Vəliyevanın xəsarətləri ağır olub. Beyni əzilən tibb işçisinin üzərində dərhal beyin əməliyyatı keçirilib. Koma vəziyyətində olan feldşerin həyatını xilas etmək mümkün olmayıb. O, ötən gecə dünyasını dəyişib.
Milli.az