Yalnız onlar 100 faizlik nəticə göstərib
Bizi izləyin

Qırmızı.az

Yalnız onlar 100 faizlik nəticə göstərib

Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin biliklərinin diaqnostik qiymətləndirilməsi zamanı yalnız 28 nəfər 100% nəticə göstərib.

Publika.az xəbər verir ki bunu Təhsil Nazirliyinin insan resurslari şöbəsində aparıcıməsləhətçi Sevinc Ağayeva deyib.

O, bildirib ki, Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üçün 25989 nəfər qeydiyyatdan keçib. Onlardan 25693 nəfər qiymətləndirmədə iştirak edib. Onlardan 262 nəfər 10% dən aşağı nəticə göstərib və qiymətləndirmədən keçməyib. 100%-lik nəticə göstərənlərin 12-si Sumqayıt şəhər müəllimidir.

S. Ağayeva əlavə edib ki, imtahanlarda ən yaşı nəticəni İngilis dili və coğrafiya müəllimləri göstərib. Riyaziyyat müəllimlərinin nəticələri orta, ibtidai sinif müəllimlərinin nəticələri isə zəif olub. İmtahanlarda ən böyük problem isə metodika və bölmə üzrə olub. 30 nəfər imtahanlarda qaydaları pozduğu üçün imtahanlardan kənarlaşdırılıb.

Qeyd edək ki, 2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əmək haqqı artırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm