Cəbhədə vəziyyət yenidən gərginləşdi: Bir şəhid verdik
Bizi izləyin

Qırmızı.az

Cəbhədə vəziyyət yenidən gərginləşdi: Bir şəhid verdik

Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub.

Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm