Güclü zəlzələ baş verib
Bizi izləyin

Qırmızı.az

Güclü zəlzələ baş verib

Aprelin 1-i (Bakı vaxtı ilə 2 aprel 3:46) Çili sahillərində 8,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və sunami nəticəsində 4-ü kişi, 1-i qadın olmaqla 5 insan həlak olub. Çox sayda yaralılar var.

Xəbər verilir ki, zəlzələnin episentri əhalisi 220 min nəfər olan Çilinin İkike şəhərinin şimal-qərbindən 83 km uzaqlıqda Sakit Okeanda baş verib.

Zəlzələ nəticəsində yaranmış sunaminin ilk dalğaları ölkənin şimal sərhədlərində 2 metrədək çatıb.

Dövlət strukturları artıq Çili və Perunun sahil rayonlarında yaşayan əhalini evakuasiya edib. Arika şəhərində şəhəri tərk edənlərin sayından tıxac yaranıb və evakuasiya tədbirləri çətinləşib. Həyəcanın qırmızı xətti Ekvadorun sahilyanı rayonları hesab olunur. Həmçinin, sunami təhlükəsi Kolumbiya, Panama, Kosta-Rika, Salvador və Nikaraquada da yaranıb.

Artıq Çilinin İkike şəhərində qadın həbsxanasından 300-ə yaxın dustaq kütləvi şəkildə qaçıb. İnsident dərhal Cənubi Amerika sahillərində baş vermiş zəlzələdən sonra baş verib. Zəlzələ nəticəsində 2 bina dağılıb və bu səbəbdən məhbuslar qaçıb.

Hüquq mühafizə orqanlarının məlumatına əsasən artıq 16 nəfər saxlanılıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm