Qırmızı.az
Mehriban Əliyeva birinci xanımların sessiyasında iştirak edib - FOTO
Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının
XIII Sammiti çərçivəsində "Xərçəng xəstəliyi ilə mübarizədə birinci
xanımların liderliyi" mövzusunda sessiya keçirilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak
edib. Mehriban Əliyeva sessiyada çıxışında bildirib:
"Hörmətli xanım Əminə Ərdoğan. Hörmətli birinci xanımlar. Hörmətli
tədbir iştirakçıları. Hörmətli dostlar, xanımlar və cənablar.
Əvvəla hər birinizi salamlamaq, sizə sağlamlıq və xoşbəxtlik
diləmək istəyirəm.
Hörmətli Əminə xanım, ölkələrimiz üçün önəmli mövzuya həsr olunmuş
sessiyanı təşkil etdiyinizə və bu tədbirdə iştirak üçün dəvətinizə
görə Sizə dərin təşəkkürümü bildirirəm. Qardaş türk torpağında,
dostlar və həmkarlarım arasında yenidən olmağıma çox şadam.
Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin xalqlarına dərin hörmətimi və ən xoş arzularımı
çatdırıram.
Əziz dostlar, görüşümüzün məqsədi dünyanın ən ağır xəstəliklərindən
biri olan xərçəng haqqında xalqlarımıza dolğun məlumatın
verilməsidir. Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün onun
erkən aşkar edilməsi istiqamətində səylər göstərir və müalicəsi
üçün müxtəlif vasitələrdən istifadə edirlər. Baxmayaraq, bu
problemlə bəşəriyyət uzun illərdir ki, üzləşib, bu günədək xəstəlik
və onun müalicəsi haqqında bir çox yanlış fikirlər mövcuddur. Misal
üçün, bir çox hallarda xərçəng xəstəliyi sırf tibb problemi kimi
təsvir edilir. Digər hallarda, rəylər var ki, xərçəng əsasən yaşlı
insanların xəstəliyi sayılır. Hesab olunur ki, insana qoyulan
onkoloji diaqnoz - bir növ "ölümə məhkum edilməkdir".
Müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də
sosial, iqtisadi, ekoloji sahələrin və hətta təhsilin problemidir.
Bu xəstəlik bütün yaş qrupları, sosial-iqtisadi qruplar arasında,
inkişaf etmiş və inkişaf edən ölkələrdə yayılır. Elmi təhlillər onu
göstərir ki, düzgün və ümumi profilaktik strategiya qurulan halda
xərçəng xəstəliyinin ən çox yayılmış növünün üçdəbir hissəsinin
qarşısını almaq mümkündür. Əhali arasında onkoloji xəstəliklərin
yaranma səbəblərinin aradan qaldırılması, ilkin diaqnostika,
xəstəliyin düzgün profilaktikası və müalicəsi bu sahədə çalışan
mütəxəssislərin diqqət mərkəzindədir.
Bununla bağlı işlər bu gün dəfələrlə qeyd olunduğu kimi, dörd əsas
istiqamətdə həyata keçirilir - sağlam həyat tərzinin seçilməsi,
xəstəliyin erkən aşkar olunması, hər bir xəstənin müasir müalicə
üsulları ilə təmin edilməsi və ümumi həyat keyfiyyətinin
yüksəldilməsi.
Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə mühüm addımlar
atılıb. Ölkəmizdə müasir Milli Onkologiya Mərkəzi yaradılıb,
regionda ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası açılıb. Biz
xəstəliyin erkən diaqnostikası və müalicəsi üçün müasir
avadanlıqdan istifadə yolu ilə xəstələrimizin müalicəsini təmin
etmək istəyirik.
Respublikamızda onkoloqların nailiyyətləri böyükdür. Lakin onlar
bütün dünyada olduğu kimi, bir çox hallarda bu xəstəlikdən əziyyət
çəkən insanların əzabını bəzən ancaq yüngülləşdirə bilirlər. Bir
çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə,
ölkədə insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji
xəstəliklər tutur.
Yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Çox
hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və
insanların həyatını xilas etmək olmur. Dünya Səhiyyə Təşkilatının
məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən
insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna
görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual
problemlərdən biri olaraq qalır.
Əminəm, hər birimiz inanmaq istərdik ki, XXI əsrdə elmin inkişafı
sayəsində əldə ediləcək yeni imkanlar və texnologiyalar onkoloji
xəstəliklərin müalicəsində dönüş yaradacaq və milyonlarla insanın
ölümünə səbəb olan bu xəstəliyin müalicəsi üçün səmərəli vasitə
tapılacaq.
Bir daha bu ciddi problemə beynəlxalq ictimaiyyətin diqqətini
yönəltdiyinə görə Əminə xanıma təşəkkürümü bildirirəm.
Qardaş türk xalqına sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür
edirəm".
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO