Nazirlik: Valideynlər qüsurlu qız övladlarını təhsildən yayındırır
Bizi izləyin

Qırmızı.az

Nazirlik: Valideynlər qüsurlu qız övladlarını təhsildən yayındırır

"Bəzən sağlam uşaqlarını qüsurlu kimi qəlmə verən valideynlərə də rast gəlinir".

Publika.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Әhliyyət Adıgözəlov deyib.

O, bildirib ki, hazırda 9144 sağlamlıq imkanı məhdud uşaq evdə təhsil alır. Onlardan 60%-i fiziki-əqli qüsurlu, 40%-i isə fiziki qüsurlu uşaqlardır.

Nazirlik rəsmisinin sözlərinə görə, ildən-ilə evdə təhsilə cəlb edilən fiziki qüsurlu uşaqların sayında azalma var. Ötən il bu rəqəm 10 mindən çox idi. Bəzən sağlam uşaqlarını qüsurlu kimi qəlmə verən valideynlərə də rast gəlinir:

"Ciddi problemlərdən biri isə qüsurlu uşaqların gizlədilməsidir. Bu, əsasən qız uşaqlarına aiddir ki, onların gələcəkdə ailə qurmasına problem yaranmasın deyə qüsurları gizlədilir və təhsilə cəld olunmurlar".

Belə şagirdlər üçün xüsusi təhsil müəssisələrinin olduğunu da qeyd edən Ә.Adıgözəlov bildirib ki, hazırda Bakıda və Sumqayıtda iki belə məktəb fəaliyyət göstərir. Bu məktəblərin bütün müəllimləri yalnız evdə təhsil verir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm