Şagirdlərin dərs buraxmasına görə cərimə ləğv olundu
Bizi izləyin

Qırmızı.az

Şagirdlərin dərs buraxmasına görə cərimə ləğv olundu

Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimələnməsi barədə qərar ləğv olunub.

Publika.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi müzakirəyə çıxarılıb.

Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm