Aydın Əliyev narkotiklərin qanunsuz dövriyyəsindən danışdı
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev narkotiklərin qanunsuz dövriyyəsindən danışdı

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının "Konteynerlərə Nəzarət Proqramının illik hesabatı 2015" birgə nəşrində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə müsahibə dərc olunub.

DGK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsahibədə Azərbaycan Dövlət Göm­­rük Komitəsi ilə BMT-nin Narkotiklər və Cinayət­karlıq üzrə İdarəsi arasındakı əməkdaşlığın çoxşaxəli xa­rakter daşıdı­ğı­nı və bu əməkdaşlığın Azərbaycan üçün çox əhə­miy­yət­li olduğunu vurğula­yan A.Əliyev qeyd edib ki, Konteynerlərə Nəzarət Proqramı çərçi­və­sin­də se­minarın təşkilin­dən tut­muş göm­rük mən­təqə­lərinə təlim səfərləri və avadanlıqla təchizata qədər mühüm işlər gö­rülüb.

Nəzərə çatdırılıb ki, Azərbaycan Gömrük Xidməti BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mərkəzi Asi­ya Regional İdarəsi ilə əməkdaşlığı genişləndirməkdə ma­raqlıdır. Azərbaycan tərəfi narkotiklərin qanunsuz dövriy­yə­si ilə mübarizədə müxtəlif üsullardan istifadə edib ki, bu sırada yüksəkriskli malların profilləşdirilməsi, kinoloji xidmət, müxtəlif texniki vasitələr və araşdırma üsulları xüsusilə qeyd olunmalıdır.

Azərbaycan hökuməti Konteynerlərə Nəzarət Proqra­mının əhəmiyyətini nəzərə alaraq onu təqdir etmiş və bu proqramın milli gömrük qanunvericiliyinə uyğun olaraq tətbiq edilməsi üzrə Dövlət Gömrük Komitəsini milli mə­sul orqan təyin etmişdir. DGK daim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İda­rəsi­nin (Mər­kəzi Asiya Regional İdarəsi də daxil olmaqla) dəs­təyini hiss etmiş, vacib alətlər və avadanlıqlar Dövlət Göm­rük Komitəsinə verilmişdir. Qanunsuz dövriyyə ilə mübari­zədə mühüm olan təhlükəli materiallar və digər qanunsuz malların sürətli müəyyənləşdirilməsinə yardım etmək məq­sədilə bir çox sahələrdə ixtisaslaşdırılmış tə­limlər təşkil olunmuşdur. Əlavə olaraq, peşəkarlığı, biliyi, bacarığı artır­maq və yüksələn əməkdaşlığı əlaqələndir­mək məqsədilə Vyana, Panama, Rotterdam, Aşqabad, Al­matı və Poti lima­nına təlim səfərləri təşkil edilmiş, həm­çinin Azərbaycanın Bakı və Astara şəhərlərində müxtəlif təlim kursları keçiril­mişdir.

DGK sədri A.Əliyev müsahibəsində daha sonra vur­ğulayıb ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriy­yəsi ilə mübarizə milli prioritet məsələdir. Avropa və Asi­ya­nın kəsişməsində yerləşən ölkəmizin coğrafi mövqeyi və əlverişli nəqliyyat əlaqələri bu vəzifəni zəruri edir. Nar­kotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə 2013-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı Dövlət Göm­rük Komitəsi tərəfindən uğurla həyata keçirilir. Gələcək illərdə beynəlxalq təşkilatlarla, digər ölkələrin müvafiq döv­lət qurumları, o cümlədən Azərbaycanda bu sahədə fəal olan dövlət orqanları və təşkilatları ilə əməkdaşlığı güc­ləndirmək üçün planlaşdırılmış prioritetlər Azərbaycan Gömrük Xidmətinin məlumat mübadiləsini və gömrük əməkdaşlarının peşəkarlığını artıracaq, eləcə də gömrük orqanları üçün potensialın gücləndirilməsi üzrə daha çox tədbirləri qarşıya məqsəd qoyacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm