Qırmızı.az
Dilənçi "qazi" haqda ŞOK xəbər – 100 minlik cipi, obyektləri var...
Bir neçə gündür ki, sosial şəbəkələrdə özünü I qrup Qarabağ əlili kimi təqdim edən Elnur Əfəndiyev adlı şəxsin fotosu paylaşılır. Məlumatda qeyd olunur ki, Qarabağ uğrunda gedən döyüşlərdə əlini və ayağını itirən E.Əfəndiyevə dövlət 120 manat təqaüd verir.
Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı “Qarabağ Qaziləri”
İctimai Birliyinin sədri Etimad Əsədovla əlaqə saxlayıb. Sədr
bildirib ki, özünü Qarabağ əlili kimi təqdim edən E.Əfəndiyev
əslində dələduzdur: “O, Qarabağ əlili deyil. Elnur keçmiş
məhkumdur. Həbsxanada olanda borcu olub. Ödəyə bilmədiyinə görə də
damarına iynə vurub. Bunun nəticəsində o, iflic olub, həkimlər isə
onun əl və ayağını kəsmək məcburiyyətində qalıb”.
E.Əsədov 120 manat təqaüd aldığını iddia edən şəxslə bağlı həm
də onu bildirib ki, həmin şəxs kifayət qədər imkanlıdır: “Elnuru
tanıyırıq. Əyninə hərbi forma geyinir və əlil arabasında oturub
dilənir, özü də çox imkanlı bir dilənçidir. Altında 100 min
manatlıq cipi, 200 min manat dəyərində obyektləri var”.
Birlik sədri Qarabağ əlillərinin 120 deyil, 600 manata yaxın təqaüd
aldığını bildirib: “Qarabağ əlili 120 manat deyil, 500-600 manat
təqaüd alır. Aprelin 2-də Qarabağda gedən döyüşlərdə həlak olan
şəhidlərimiz var. Onların ailələrinə dövlət güzəştlər edir. Bunlar
da onu görüb və həmin güzəştlərdən istifadə etmək istəyir. Elnurun
adamları var, onu reklam edib pul yığdırırlar. Elnur kimi insanlara
kömək eləmək olmaz. O, dələduzdur, şəhidlərimizin, Qarabağ
əlillərinin adına ləkədir”.
Qeyd edək ki, Elnur Əfəndiyev haqqında mətbuatda bir neçə dəfə məlumat tirajlanıb. O, 1976-cı ildə Ağsu rayonun Kalva kəndində doğulub. E.Əfəndiyev iddia edir ki, 1993-cü ilin 30 iyun tarixində Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?