Qırmızı.az
Jurnalistlər üçün təlim başa çatıb - FOTO
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün keçirilən maarifləndirici təlimlər başa çatıb. Publika.az xeber verir ki, telimin sonunda jurnalistlərə serfikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov media nümayəndələrini təlimi uğurla başa vurduqları üçün təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Nazir müavini informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolundan danışıb və təhsildə aparılan islahatlar barədə maarifləndirmə işində KİV-in üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.
Təhsil sahəsindəki müsbət dəyişikliklərin ictimaiyyət tərəfindən maraqla qarşılandığını deyən nazir müavini təlimlərin media və təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, təlimdə televiziya kanallarını, qəzetləri və xəbər
agentliklərini təmsil edən 25 jurnalist iştirak edib.
Təlimin əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə
çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə
səmərəli əməkdaşlığın qurulmasıdır.
Təlimdə nazirliyin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.
Təlim müddətində jurnalistlər arasında müxtəlif viktorinalar və əyləncəli oyunlar keçirilib.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər