Kəlbəcərin keçmiş icra başçısı: "Gözlərimin önündə bir qrup vətən xaini...”
Bizi izləyin

Qırmızı.az

Kəlbəcərin keçmiş icra başçısı: "Gözlərimin önündə bir qrup vətən xaini...”

Kəlbəcərin keçmiş icra başçısı: "Gözlərimin önündə bir qrup vətən xaininin dəstəyi ilə...”


“Bu gün 2 aprel həyatımda iz qoyan ən acılı günlərimdən biridir. Canımdan çox sevdiyim Azərbaycanımın bir parçası olan doğma Kəlbəcərin gözlərimin önündə bir qrup vətən xaininin dəstəyi ilə rus-erməni terrorçuları tərəfindən işğal olundu”.

Publika.Az xəbər verir ki, bu barədə Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda Almaniyada yaşayan İlham Həsənov rayonun işğalının 22-ci ildönümü ilə bağlı “Feysbuk” profilində yazıb.

İ. Həsənov bildirib ki, Kəlbəcərə gəlmək əvəzinə Bakıda hay-küy salıb, divident qazanmaq istəyənlər, sonradan Kəlbəcərdə döyüşənləri vətən xaini adlandıranlardan fərqli olaraq o, qəhrəman vətən övladları ilə birgə vuruşub: “Cənnət Kəlbəcərimizi qoruya bilmədim. Çarəsizlik içində torpaqlarımızın yağı düşmənin ayaqları altında qalmasını izlədim. Şəhid olmayıb həyatda qalaraq Azərbaycanımızın hər qarış torpağını düşmən tapdağı altında görməyi özümə cəza sayıb mənəvi əzab çəkdim. Ən əsası vətən yolunda şəhid olanların ailələrinin, qaziləri görəndə daha çox üzülürəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm