• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

MDB ölkələrinin ən məhşur kurortları - SİYAHI/FOTO

MDB ölkələrinin ən məhşur kurortları - SİYAHI/FOTO

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən məhşur kurortlarının adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, reytinq cədvəli “Travel.ru” turizm xidməti tərəfindən hazırlanıb.

Kurortların reytinqi mehmanxana və otellərə 2016-cı ilin yayına olan sifarişlər əsasında tərtib edilib. MDB-nın məhşur kurortları arasında Azərbaycanın Xəzər dənizi sahilində yerləşən şəhərlərinin də adı var.

Məlumatda bildirilir ki, Bakıda və Xəzər sahilində olan digər şəhərlərdə yerləşən çimərliklərin postsovet məkanında analoqu yoxdur. Siyahıda Xudat, Xaçmaz, Astara, Siyazan və qara qumla çimərlikləri ilə məşhur olan Lənkəranın adı xüsusi qeyd edilir.

Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi

Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi

Azərbaycan ilıq dənizi, qumlu çimərlikləri və Qafqaz mətbəxi ilə turist cəlb edə bilir.

Siyahıda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Ermənistan, Belarusun adı car. Reytinq siyahısına Qırğızıstanın İssik-Kul gölü sahillərinə yerləşən kurortlar başçılıq edir.

"Qırğız mirvarisi" adlandırılan İssik-Kul gölü dəniz səviyyəsindən 1609 metr yüksəklikdə yerləşir. Paytaxt Bişkekdən 3 saat müddətində gölün ətrafındakı istirahət mərkəzlərinə çatmaq olur.

İssik-Kul gölü sahillərində istirahət mərkəzi

İssik-Kul gölü sahillərində istirahət mərkəzi

İssik-Kulda gölünün ətrafındakı təmiz bulaqlar, buzlu su, qumlu çimərliklər, dağlıq marşrut və digrə gözəlliklər turistləri cəlb edir. Göldə 2015-ci ildə 900 min turist istirahət edib. İstirahət mövsümü iyunun ortasından avqustun sonuna kimi davam edir.

Qazaxıstanın Bor ( Borovoye) kurort düşərgəsi isə müalicə məqsədi ilə gələn turistlərin diqqətini cəlb edir. Beş böyük göldən ibarət olan Bor kurortdan Qazaxıstanın paytaxtı Astanaya 2 saata çatmaq olur. Rusiyadan xüsusiləCənubi UraldanŞərqi Sibirdən gölə çoxlu turistlər gəlir.

Borovoye gölünün ətrafı

Borovoye gölünün ətrafı

Belarusda paytaxtı Minsk şəhərindən iki saatlıq məsafədə olan Naroç şəhərində ölkənin ən məhşur kurortləri yerləşir. Şəhərin ətrafında eyniadlı göl yerləşir.

Naroç şəhərində turistləri ən çox cəlb edən isə şəhərin ekoloji cəhətdən təmiz olmasıdır. Şəhər ərazisində yerləşən milli parka ildə 30 min turtist baş çəkir. Turistlər parkda ov etmək və balıq tutumaq üçün də icazə almaq mümkündür.

Naroç gölü ətrafında yerləşən istirahət mərkəzi

Naroç gölü ətrafında yerləşən istirahət mərkəzi

İlk beşlikdə sonuncu yeri isə Ermənistan tutur. Ermənistanın Sevan gölü (Göyçə gölü) ətrafında yerləşən hündür dağla turistlərin xoşuna gəlir. Göl dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Turistlər Sevan gölü ətrafında yerləşən istirahət mərkəzlərində əsasən xərcəng kababı yemək üçün gedirlər.

Sevan gölü ətrafında istirahət mərkəzi

Sevan gölü ətrafında istirahət mərkəzi

Bu reytinq siyahısı hər il tərtib edilir. Ötən ilki reytinq cədvəlində Azərbaycanın Xəzər sahilində yerləşən Xudat şəhərindəki istirahət mərkəzləri MDB ölkələri arasında ən yaxşı kurortların ilk onluğunda yer alıb.

Məşhur istirahət mərkəzlərinin yerləşdiyi Nabran da Xudatdadır. 2015-ci ildə də reytinq cədvəlinə Qırğızıstanın İssık Kul gölü başçılıq edir. Ötən il ki siyahıda turistlər arasında ən çox məşhur olan şəhərlər Bakı, Minsk, İrəvan,Kişinyov, Almatı, Kiyev, Astana, Vitebsk, Bişkek və Odessa olub.

Tədqiqatın nəticəsinə görə, əgər Gürcüstan MDB-nin tərkibinə daxil olsaydı, qeyd edilən “onluğa” Batumi və Tiflis şəhərləri də daxil olardı.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR