“Qanun”un işıqları söndürüldü
Bizi izləyin

Qırmızı.az

“Qanun”un işıqları söndürüldü

“Qanun”un işıqları söndürüldü

“Qanun” Nəşriyyatının işıqları söndürülüb.

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Axar.az”a bildirib ki, işıqların söndürülməsi barədə məlumat almaq istədikdə, bunu Yasamal rayonunda aparılan təmir işləri ilə əlaqələndiriblər: "Amma yağış deyil, qar deyil, niyə söndürsünlər? Onunçün şübhələrimiz var ki, bəlkə də bu ərazidə təkcə nəşriyyatımızın işıqlarını kəsiblər. Ola bilər, kiminsə göstərişidir, nəşriyyatın işinə mane olmaq istəyirlər, bilmək olmaz”. Xatırladaq ki, fevral ayında “Qanun” Nəşriyyatı Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimə edilib. Nəşriyyata qarşı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm