QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri təyin edildi - SİYAHI
Bizi izləyin

Qırmızı.az

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri təyin edildi - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, aşağıdakı şəxslər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilib:

dövlət orqanlarından

Quliyev Vüsal İlham oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

qeyri-hökumət təşkilatlarından

Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Eyvazova Nərgiz Xələf qızı - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

Həsənli Emin Əliyar oğlu - Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

Qonaqov Rufiz Rəhim oğlu - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu - Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Xəlilov Anar Əhməd oğlu - Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm