Qırmızı.az
Ramiz Mehdiyevin kitabının təqdimatı olub - FOTO
Azərbaycanın Tacikistandakı
səfirliyində səfirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
“Dağlıq Qarabağ – Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilinə
tərcümə edilmiş nüsxəsinin təqdimat mərasimi
keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə
çıxışı zamanı səfir Abbasəli Həsənov deyib ki, R. Mehdiyevi bu
kitabı yazmağa vadar edən ermənilərin yalanlarını ifşa etmək olub
və adından göründüyü kimi, kitabda müxtəlif ölkələrin arxiv
materiallarına istinad edilən təkzibedilməz faktlardan
ibarətdir.
Kitabın redaktoru, Tacikistanın milli himninin sözlərinin müəllifi,
xalq şairi Gulnazar Keldi, tərcüməçilər Bahriddin Cuyo və Olim
Hocimuradov çıxışlarında kitabın Azərbaycanın əzəli torpaqları olan
Dağlıq Qarabağın tarixinin dərindən öyrənilməsi, ermənilərin bu
ərazilərə köçürülməsi və beynəlxalq havadarlarının dəstəyi ilə
Azərbaycana və digər qonşu dövlətlərə qarşı təcavüzkar siyasətini
öyrənmək baxımından mühüm əhəmiyyətə malik mənbə olacağını
bildiriblər.
Tədbirdə Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm-mədəniyyət
xadimləri, Düşənbədə akkreditə olunan diplomatik nümayəndəliklərin
rəhbərləri, ali təhsil ocaqlarının rəhbərləri, yerli mətbuat və
diaspora nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində “Erməni terrorizmi” filmi rus və ingilis
dillərində nümayiş etdirilib.
Sonda səfirliyin foyesində 2-5 aprel tarixlərində
Ermənistan-Azərbaycan cəbhə xəttində ermənilərin növbəti təcavüzkar
siyasəti nəticəsində həlak olan şəhidlərin şəkillərindən ibarət
fotostend sərgilənib.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ