
Bu gün günorta saatlarında metronun “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində gecikmə olub.
Publika.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, qatar 13 dəqiqə gecikib. Gecikmə nəticəsində platformada sıxlıq yaranıb.
Məsələ ilə əlaqədar metropolitenin mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefonlarımıza cavab verən olmadı.
Gülxar