Sekuta “Yaşıl Komanda”dan danışdı
Bizi izləyin

Qırmızı.az

Sekuta “Yaşıl Komanda”dan danışdı

Sabah ümumdünya yer gününün 46-cı ildönümü qeyd olunacaq.

Publika.az xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirinin xanımı Anna Sekuta bu münasibətilə öz fikirlərini bölüşüb. O, bildirib ki, Yer Gününün önəmi adi bir gündən daha çoxdur, bu hərəkət etmək üçün çağırışdır: “2016-cı ilin Yer Gününü qeyd edərkən biz yenidən ətraf mühitin mühafizəsini öhdəliyimizə götürürük və planetimizin sağlamlığını bərpa etməkdə hər birimizin əhəmiyyətini tanımalıyıq. Sənaye çirkabı, neftin təbiətə dağılması və tonlarla zibilin artması nəticəsində Amerikanın doğma təbiətinə və möhtəşəm su ehtiyatlarına olan zərəri görən senator Gaylord Nelson təcili olaraq amerikalıları maarifləndirilmək və onlara təsir etmək, yaşayış mühütinin qorunması məsuliyyətini bölüşmək üçün 1970-ci ildə Yer Gününü təsis etdi və milli ekoloji hərəkatın əsasını qoydu.

Aktiv işlərin aparıldığı bu 46 il ərzində Yer Günü 2015-ci ilin Paris Sammitində təsdiq edilmiş beynəlxalq kampaniya səviyyəsinə qalxdı və bu sammitdə dünya ölkələri tərəfindən karbon emissiyalarının azaldılması öhdəliyi götürüldü. “Zibilləməyə yox deyək” şüarı və ABŞ ölkədaxili velotur kampaniyalarından başlayaraq, enerji baxımından səmərəli olan avtomobillər və məişət texnikasında edilən vergi güzəştləri, istehsalatda və evlərin qızdırılması üçün bərpa olunan enerjiyə olan artan tələbata qədər ABŞ əhalisinin milli vərdişlərində və dərrakələrində əhəmiyyətli dəyişikliklər baş verib”.

Yerin qorunmasında davam edən fərdi səylər qətiyyətlə vacibdir və gələcək nəsillərə örnək olmalıdır: “Biz hər kəsi “İstehsalı azalt, Yenidən istifadə et, Təkrar emal et” ifadələri ilə yaşamağa çağırırıq! ABŞ-ın Azərbaycandakı səfirliyi olaraq Azərbaycanın ətraf mühitinə təsirin azaldılması məqsədilə yollar tapmaq üçün rəsmi olaraq “Yaşıl Komanda” təsis etməsindən qürur duyuruq. Biz evlərdə və ofislərdə kağız və kartonun təkrar istifadəsi üçün onları emala göndərməyə başlamışıq; plastik və şüşə də həmçinin toplanılır və tezliklə təkrar istifadə üçün emala göndəriləcək.

Səfirlik materialların təkrar istifadəsi səylərində bütün azərbaycanlılarla həmkar olmağa çalışır. Ətraf mühitin qorunmasında hər kəsin oynayacağı bir rol var və bu istiqamətdə fərdi addımlar böyük təkan verə bilər. Gəlin 2016-cı ilin Yer Gününü xüsusi bir günə çevirək və bunun üçün sadə addımlardan başlamaq olar, məsələn, plastik paketlərin istifadəsinin sayını azaltmaq, yəni alış-veriş zamanı evdən gətirilən paketlərdən istifadə etməyə üstünlük verməklə başlamaq mümkündür. Bu növ sadə addımlara riayət etsək, Azərbaycanda küçələri, çölləri və çayların çirklənməsinə olan təsiri əhəmiyyətli dərəcədə azaldacağıq!”

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm