• USD 1,7000 0,00% EUR 1,9969 +0,11%
    • GBP 2,1995 +0,77% RUB 0,0219 +1,83%

Ermənistanın Tiflisdəki səfirliyi qarşısında aksiya keçiriləcək

Ermənistanın Tiflisdəki səfirliyi qarşısında aksiya keçiriləcək

Aprelin 23-də Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanın Tiflisdəki səfirliyi qarşısında dinc etiraz aksiyası keçiriləcək.

BDM-dən Publika.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində səbəb 24 aprel yalançı “erməni soyqırımı”-na etiraz, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə qarşı şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini bir daha Azərbaycanın haqq səsi olan Qarabağ məsələsinə yönəltməkdir.

Nəzərdə tutulmuş aksiyada Azərbaycandan BDM nümayəndə heyətinin rəhbərliyi, Türkiyə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) rəhbərliyi, diaspor fəalları və Gürcüstanda yaşayan soydaşlarımızın bir qrupu da iştirak edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR