Rayonlarda yağış yağacaq - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Rayonlarda yağış yağacaq - PROQNOZ

Aprelin 23-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm