Pensiyaçılara kredit verilməsi müvəqqəti dayandırılıb
Bizi izləyin

Qırmızı.az

Pensiyaçılara kredit verilməsi müvəqqəti dayandırılıb

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası banklara pensiyaçılara kredit verilməsi prosesini müvəqqəti dayandırmağı tövsiyə edib.

Bu barədə Trend-ə Palatasından bildiriblər.

Qurumdan deyiblər ki, bank sektorunun aktual problemlərini öyrənmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bank sektorunun rəhbərləri və nümayəndələri ilə görüşüb: "Bu problem (pensiyaçılara kreditlərin verilməsi ilə bağlı - red.) sektorun nümayəndələri tərəfindən səsləndirilib".

Palatadan əlavə ediblər ki, bununla əlaqədar olaraq və pensiyaçıların sosial həyatına təsiri nəzərə alınaraq banklara pensiyaçılara kreditlərin verilməsini dayandırmaq tövsiyə olunub: "Qadağa müvəqqətidir və tövsiyə xarakteri daşıyır. Yaxın vaxtlarda Palata mövqeyini bildirəcək və bu məsələ ilə bağlı hansı addımların atılacağı barədə məlumat verəcək".

Maliyyə Bazarlarına Nəzarət Palatasından qadağanın qüvvədə olma müddətini açıqlamayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm