Qırmızı.az
Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur
Aprel ayının II ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının I ongünlüyünə nisbətən 84 m3/san artaraq 352 m3/san təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən monitorinqlərin nəticələrində qeyd olunub.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan
ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət
tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri
nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin
miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2
məntəqəsində 3.5, Ağstafaçayda 3.4, Ağstafaçay su anbarında isə 3.3
dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aprel ayının II ongünlüyündə aparılan monitorinqlərin
nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.7, I
Şahsevəndə 2.5, Bəhramtəpədə isə 2.8 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə
norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.94-6.49 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın