Bakıda qondarma erməni soyqırımına həsr olunan tədbir keçirilib – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda qondarma erməni soyqırımına həsr olunan tədbir keçirilib – FOTOLAR

Türkiyənin Anadolu Dövlət Universiteti Azərbaycan Proqramları tələbələrinin iştirakı ilə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihəsi çərçivəsində Bakıda qondarma erməni soyqırımına həsr olunan tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Türkiyənin Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Ramin Cəfərov, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pənahov, İctimai Birliyinin və layihənin rəhbəri Mətanət Əsgərqızı iştirak ediblər.

Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq onları tələbələrə təqdim edib, tədbirin gənclərdə vətənpərvərlik ruhunun inkişaf etdirilməsindəki böyük rolundan bəhs edərək, layihənin rəhbəri Mətanət Əsgərqızının bu istiqamətdəki fəaliyyətlərini də yüksək dəyərləndirdiyini bildirib. Layihənin və filmin müəllifi Mətanət Əsgərqızı rəhbərlik etdiyi İctimai Birliyin fəaliyyəti haqqında məlumat verərək, tədbir iştirakçılarını qondarma erməni soyqırımı filmini izləməyə dəvət edib.

Filmin nümayişindən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Azər Hətəmov, Ramin Cəfərov, Mətanət Əsgərqızı, tələbələrdən Jalə Allahverdiyeva, Çinarə Mustafayeva, Babək Əliyev, İbrahim Həsənov, Gülər Qasımlı, İdrak Şükür ötən əsrdə ermənilərin törətdikləri soyqırım və qətllərdən söz açıblar.

Çıxış edənlər ermənilərin tarix boyu türklərin düşməni olduğunu, dünyanın isə onların cinayətlərinə göz yumaraq 1992-ci ilin Xocalı hadisələrinə qiymət verərək bu qətliyamı tanımaq əvəzinə “Qondarma erməni soyqırımı” məsələsini məhz türklərə qarşı bir piyar kimi istifadə etdiklərini qeyd ediblər.

Tədbirdə vurğulanıb ki, belə layihələr tariximizi öyrənmək baxımından çox vacibdir.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə belə layihələrə dəstək olduğuna görə minnətdarlıq bildirilib.

Layihənin rəhbəri Mətanət Əsgərqızı tədbirdə fərqlənən tələbələri müxtəlif hədiyyələrlə mükafatlandırıb.

Bir qrup gənc isə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinin icrasında könüllü iştirak etmək üçün müraciət ediblər. Gənclərin bu təşəbbüsü layihənin rəhbəri Mətanət Əsgərqızı tərəfindən müsbət qarşılanıb.

Sonda Türkiyənin Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları üzrə koordinatoru Azər Hətəmova yaradılan şəraitə görə minnətdarlığını bildirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm