Lələtəpəni alan Milli Qəhrəmanın evində
Bizi izləyin

Qırmızı.az

Lələtəpəni alan Milli Qəhrəmanın evində

Polkovnik-leytenant Şükür Həmidov aprelin əvvəllərində Ermənistanın təxribatının qarşısını alarkən göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

Publika.az-ın xəbərinə görə, ANS Milli Qəhrəmanın evində olub və reportaj hazırlayıb olub. Polkovnik-leytenant Həmidov döyüş bölgəsində xidmətdədir, özü ilə görüşmək qismət olmasa da, ata-anası, qardaşı ilə görüşüb söhbət etməyə fürsət yaranıb.

Milli Qəhrəman da telefonla danışıb, ürək sözlərini çatdırıb.

Nəriman kişi atasının adını verib ona, ailənin 9-cu uşağıdır. Amma deməsinə görə, Şükür Həmidov həmişə birincilərdən olub: “Şükür barədə xatirələr çoxdur. 8-ci sinifdən özünü hərbiyə həsr edib, Naxçıvanski hərbi məktəbi, sonra ali hərbi məktəb… Üst-üstə 20 ildən artıq xidməti var. Təbii ki, ən böyük xidməti hələlik son döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar olub”.

Ailədə 10 uşaqdılar. Şərqiyyə xanım da Qəhrəman Anadır.

Əslən Qubadlıdan olan ailə indi qaçıqın həyatı yaşayır. Şükür Həmidovun böyük qardaşı Əsəd isə birinci Qarabağ savaşında iştirak edib. Döyüşlərdə iştirak etdiyi Ləpətəpə 20 il əvvəl əldən verilsə də bu gün qardaşı Şükür onu yenidən bizə qaytardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm