• USD 1,7000 0,00% EUR 1,9947 +0,49%
    • GBP 2,1826 -0,17% RUB 0,0215 0,00%

Bu yolda 5 günlük təmir başladı

Bu yolda 5 günlük təmir başladı

Bu gündən Əlikənd - Ucar mənzilində 7,5 km yolun əsaslı təmirinə start verib. Təmir işləri beş gün davam edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a verilən məlumata görə, əsaslı təmir işlərini 5 saylı“İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Yolun təmiri Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən il oktyabrın sonlarında başlanılıb və bu günə kimi 88 km dəmir yolu əsaslı təmir olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR