• USD 1,7000 0,00% EUR 2,0193 +0,19%
    • GBP 2,3709 +0,14% RUB 0,0232 +0,43%

“ASAN”dan nikaha daxil olanlar üçün ŞAD XƏBƏR

“ASAN”dan nikaha daxil olanlar üçün ŞAD XƏBƏR

Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı 3 və 5 saylı Bakı və Sumqayıt "ASAN xidmət" mərkəzləri ilə yanaşı, Sabirabad və Bərdə "ASAN xidmət" mərkəzlərində də əldə edə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə “ASAN Xidmət”dən bildirilib.

Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslər tərəflərdən birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində müayinədən keçə bilərlər. Eyni zamanda qeydiyyat məhdudiyyəti olmadan Bakı şəhərində yerləşən 3 saylı, 5 saylı və Sumqayıt, Bərdə və Sabirabad "ASAN xidmət" mərkəzinə müraciət etmək olar. Tibbi arayışın verilməsi ilə bağlı şəxsiyyət vəsiqəsi ilə müraciət olunur. Bir vətəndaşın tibbi müayinədən keçməsi və tibbi arayışın verilməsi bağlı ödəniş 9 manat təşkil edir. Hazır sənəd 5-9 iş günü müddətinə təqdim olunur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR