Nazir jurnalistlər arasında yazı müsabiqəsi təklif edir
Bizi izləyin

Qırmızı.az

Nazir jurnalistlər arasında yazı müsabiqəsi təklif edir

BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev aprelin 26-da Bakıda işə başlayacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunan birgə brifinq keçirib.

Publika.az xəbərr verir ki, brifinqdə ilk çıxış edən nazir Ə.Qarayev tədbir iştirakçılarını salamlayaraq, qeyd edib ki, bu gün Bakıda təşkil olunan gənclər forumu çox maraqlı və müsbət fikirli müzakirələrlə yadda qalıb:

“Düşünürük ki, forumun ideyasını qarşılıqlı olaraq bütün tərəflər qəbul edir və dəstəkləyir. Bu gün tədbirin açılışnda BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, gənclər və idman naziri Azad Rəhimovun maraqlı çıxışları və ideyaları ilə yadda qaldı.

Forumda 146 ölkədən nümayəndələr iştirak edir. Bu da svilizasiyalar arası alyansın bariz nümayişidir.

Eyni zamanda forumda iştirak etmək üçün bir sıra dövlət rəsmiləri Bakıya səfərə gəliblər. Bununla da tədbir iştirakçılarının nüfuzu və coğrafiyası bizə imkan verir ki, forumda əhəmiyyətli müzakirələr aparılacaq.

Forum 20-ci əsrin tanınmış dövlət xadimi ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzdə təşkil olunacaq. Aprelin 26-da forumun açılış mərasi olacaq. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət xadimləri iştirak edəcək.

Əminəm ki, forumun işi hər birimiz üçün faydalı olacaq. Forum çərçivəsində müzakirələrdən sonra konsert proqramı da olacaq. Hər birinizi böyük enerji ilə həmin konsertdə görməkdən məmnun olarıq”.

Ə.Qarayev deyib ki, forumun yekunu olaraq Bakı bəyənnaməsi qəbul olunacaq:

“Biz mətbuatın fəaliyyətini də çox yüksək qiyməətləndiririk. Buna görə də Forumla əlaqədar Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri arasında “Bu forum mənə nə verdi?” mövzusunda beynəlxalq yazı müsabiqəsi keçirməyi düşünürük. Bu mənim ideyamdır. Yəqin ki, digər nümayəndeələr də mənim bu ideyamla razılaşarlar”.

BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir isə bildirib ki, Bakıda keçirilən forum beynəlxalq əhəmiyyətə malikdir:

“Biz böyük əzmlə çalışırıq ki. Bu forum yüksək səviyyədə keçsin. Bunun üçün də biz qrup şəkilində aylardır ki, fəal çalışırıq. Bu işdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də çox əzmlə çalışıb.

Bizə yaxından verdiyi dəstəyə görə Azərbaycan hökumətinə də öz təşəkkür edirəm.

Biz dünyada baş verən hadisələri görəndə çox ümidsiz və bədbin oluruq. Ancaq bu cür forumları yada salanda bu ümidsizlik aradanq alxır.

Dünyada cərəyan edən ksenefobiya halları bizi narahat edir. Bakı forumu isə bizə imkan verir ki, bu cür tədbirləri birgə müzakirə edək. Bu baxımdan da Bakı forumu böyük əhəmiyyətə malikdir.

Bakı forumu sayəsində cəmiyyətlərdə ədaləti, sülhü geniş yaya bilərik. Bu da gələcək nəsillər üçün çox faydalı olar.

Eyni zamanda eksterimizim, zorakılıq və terrorimlə mübarizə bizim üçün prioritet məsələdir.

Son 10 ildə zorakı eksterimizlə mübarizə aparmaq üçün Alyans yaradılıb. Hazırda inkluziv cəmiyyətlərin hədəfi aktualdır. Biz dayanıqlı inkşaf məqsədlərinə çatmaq üçün əlimizdən gələni etməliyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm