135 məktəbdə monitorinq başladı
Bizi izləyin

Qırmızı.az

135 məktəbdə monitorinq başladı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmrinə əsasən, məktəbəhazırlıq qrupları təşkil edilmiş 135 ümumtəhsil məktəbində monitorinq keçirilir.

İdarədən Publika.az-a verilən məlumata görə, məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir.

Monitorinqlər aprel ayının 25-dən başlayan monitorinqlər may ayının 6-dək davam edəcək.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 135 seçilmiş pilot ümumtəhsil məktəbində fəaliyyət göstərir. Həmin məktəblərdə valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm