AZAL Alanyaya uçmaqdan imtina etdi
Bizi izləyin

Qırmızı.az

AZAL Alanyaya uçmaqdan imtina etdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyul ayından Türkiyənin kurort şəhərlərindən olan Alanyaya (Qazipaşa beynəlxalq hava limanı) başladacağı aviareys təxirə salınıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, AZAL əvvəl iyul ayından etibarən həftədə bir dəfə uçuşlar həyata keçirəcəyini bildirsə də, sonradan müxtəlif səbəblərlə Qazipaşa beynəlxalq hava limanına uçuşları təxirə salıb.

AZAL-dan saytın sorğusuna cavab olaraq bildirilib ki, AZALJET-in Alanyaya aviareyslər ilə bağlı planları dəyişib: "Aviaşirkət bu mövsüm Alanyaya aviareyslərin yerinə yetirilməyəcəyi barədə qərar qəbul edib. Bizim Türkiyədəki tərəfdaşımız turistlərimizin Antalyadan Alanyaya yerüstü nəqliyyatlar vasitəsi ilə daşınmasını təmin edəcəklər".

Qeyd edək ki, bir müddət öncə AZAL Alanya (Qazipaşa beynəlxalq hava limanı) şəhəri də daxil olmaqla, Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramını elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm