Bakıda daha bir forum
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir forum

Aprelin 26-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Universitetdən Publika.az verilən məlumata görə, ADİU rektoru, professor Ədalət Muradovla görüş zamanı əməkdaşlığın perspektivləri, Türk Dünyası İqtisadçılar Birliyinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Ə.Muradov və D.Kıdırali türk dünyası iqtisadçılarının bir araya gəlməsində, əlaqələrinin genişlənməsində, birgə elmi tədqiqatların hazırlanmasında birliyin xüsusi rol oynayacağını bildiriblər.

Görüşdə birliyin rəsmi saytı, loqosu və ensiklopediyanın hazırlanması prosesi və birliyin illik forumunun keçirilməsi müzakirə edilib. Türk Dünyası İqtisadçılar Birliyinin ilk forumunun Azərbaycanda keçirilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm