Qırmızı.az
Daha bir neçə qəzet "qara siyahı"ya düşdü
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. Şura sədri Əflatun Amaşov iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə bəyənilib.
MŞ-dən Publika.az-a verilən məlumata görə, öncə Mətbuat
Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri və "Reket
jurnalistika"ya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında
qərarlar çıxarılıb. "Aqrolizinq" ASC-nin və "Azərenerji" ASC-nin
"Yeni Cümhuriyyət" qəzetində gedən materiallarla bağlı şikayətləri
əsasında sözügedən nəşrə Mətbuat Şurasının xəbərdarlığının elan
edilməsi məqsədəuyğun sayılıb. İctimai Televiziya və Radio
Yayımları Şirkətinin "Azadlıq" qəzeti ilə bağlı müraciətində
cavabdeh tərəfin etik prinsipləri pozduğu müəyyənləşdirilib.
İclasda, həmçinin "İqtisadiyyat və kölgə" və "Kölgəli iqtisadiyyat
və korrupsiya" qəzetlərinin MŞ-nin "qara siyahı"sına salınması
qərara alınıb.
Daha sonra MŞ sıralarına qəbul keçirilib. Müzakirələrdən sonra
"Ərgünəş" Nəşriyyat-Poliqrafiya Müəssisəsi, "Əks səda", "Haqqın
nuru", "The Bisiness Times", "Araz media" qəzetləri, "Vətəndaş
cəmiyyəti", "Söz", "Musiqi dünyası", "Sənətkar", "Xəyal
Production", "Azərbaycan xalçaları", "Atilla" jurnalları,
Azvision.az, Femida.az, Qaynar.info, Supersport.az, Zengezur.com,
Visiontv.az saytları Mətbuat Şurasının sıralarına qəbul olunublar.
Müzakirələrin gedişində o da bildirilib ki, üzvlüyə qəbul olunan
xəbər saytlarının hüquqi statusu ilə bağlı məsələlərə diqqət
yetirilməlidir. Çünki MŞ sıralarına qəbulda təşkilatın hansısa
formada hüquqi şəxs olması nəzərə alınır. Üzv qurumlar
fəaliyyətlərini tələbin ciddiliyini qorumaqla qurmalıdırlar. MŞ-nin
Katibliyi qarşıdakı iki ay müddətində bunu nəzarətdə
saxlayacaq.
Gündəlikdə duran növbəti məsələ Azərbaycan Mətbuat Şurasının
"apellyasiya qrupu"nun təqdimatı əsasında MŞ-nin qərarlarının
çıxarılması olub. Məlumat üçün bildirilib ki, Şuranın "qara
siyahı"sında yer alan kütləvi informasiya vasitələrinin siyahıdan
çıxmaqla bağlı müraciətlərini araşdıran qrup həmin nəşrlərin
fəaliyyətinə dair monitorinqlər aparıb. Onlardan bir çoxunun
fəaliyyət göstərmədiyi, digərlərinin isə peşə davranışı qaydalarını
pozmayacaqları ilə əlaqədar öhdəlik götürdükləri diqqətə
çatdırılıb. Müzakirələrin gedişində "Radikal", "Millətim", "Gündəm
xəbər", "Yeni dövr", "Bizim dövr", "Qanun və nəzarət", "Təzadlar",
"Mühakimə", "Müstəqil dövlət", "Azad press", "Dəryaz", "Xüsusi
tədqiqat", "Gün", "Gündəlik Bakı", "Taran", "Reallıq", "Kriminal
aləm", "Fakt+fakt" qəzetlərinin üzərində dayanılıb. Bildirilib ki,
bu KİV-lərin hazırda fəaliyyətdə olanlarına xüsusi diqqət
yetirilməli, onların iş prinsiplərindəki neqativ cəhətlərin
təkrarlanmaması üçün xəbərdarlıqlar edilməlidir. "Qara siyahı"dan
çıxmanın heç də yenidən siyahıya düşməkdən sığortalamadığı
vurğulanıb, Şuranın Katibliyinə KİV-lərin hər birinə müvafiq
tövsiyə mətninin ünvanlanması tapşırılıb. Sözügedən nəşrlərin "qara
siyahı"dan çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
İclasda məlumat verilib ki, Mətbuat Şurasına özünü Azərbaycan
Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı adlı
təşkilatın nümayəndəsi kimi təqdim edən bəzi şəxslər yerlərdə
müxtəlif vəzifə sahiblərinə maddi təmənna ilə diplom təqdim
etmələrinə dair məlumatlar daxil olmaqdadır. Bəzən bu şəxslərin
istəklərinə nail olmadıqları təqdirdə şantaja əl atdıqları və
hədə-qorxu gəldikləri də vurğulanır. Mətbuat Şurasının
nümayəndələrinin belə şikayətlərdən birini araşdırmaq istəkləri də
onların nalayiq davranış tərzini bir daha ortaya qoyub. Buna görə
də MŞ-nin İdarə Heyəti sözügedən təşkilatla əlaqədar məsələnin
ciddi şəkildə araşdırılması qərarına gəlib. Bunun üçün İdarə
Heyətinin üç üzvündən ibarət işçi qrupu formalaşdırılıb. Qrupun
işinin yekunu olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət
ünvanlanacaq, media təşkilatı kimi jurnalistikadan sui-istifadəyə
yol verənlər haqqında qanunauyğun tədbirlərin görülməsi məsələsi
hər iki dövlət orqanı qarşısında qaldırılacaq.
Ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət
imtahanlarının tətbiqi ilə bağlı məsələnin müzakirəsi zamanı mövcud
istiqamətdə MŞ-nin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə
apardığı işlərə nəzər salınıb və müsbət qiymətləndirilib.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye