Əqli mülkiyyət hüquqlarının qorunmasını təkmilləşdirir
Bizi izləyin

Qırmızı.az

Əqli mülkiyyət hüquqlarının qorunmasını təkmilləşdirir

Azərbaycanda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna dəyişikliklər ediləcək.

Bu barədə Trend-ə Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib.

Onun sözlərinə görə, qanuna edilməsi planlaşdırılan dəyişikliklər internetdə müəllif hüquqlarının idarə edilməsi ilə bağlı olacaq.

K.İmanov qeyd edib ki, qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər internet provayderlərə aid olacaq: "Söhbət onların virtual mühitdə müəllif hüquqlarının qorunması sahəsində məsuliyyət dərəcələrindən gedir. Bu məsələnin müəyyən aspektləri hazırda "Elektron ticarət haqqında" qanunda əksini tapıb. Lakin müvafiq aspektlərin "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunda da öz əksini tapması da vacibdir"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm