Məişət zorakılığı qurbanlarının 95%-i qadınlardır
Bizi izləyin

Qırmızı.az

Məişət zorakılığı qurbanlarının 95%-i qadınlardır

“Məişət zorakılığı qurbanlarının 95%-i qadınlar olur ki, onların da fundamental insan hüquqları pozulur. Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq mühafizə orqanlarına müraciət etmirlər. Bunun əsas səbəbi isə milli adət-ənənələrdir.”

Publika.az xəbər verir ki, bunu İctimai Səhiyyə İslahatlar Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova məişət zorakılığı ilə bağlı keçirilən tədbirdə deyib.

O, məişət zorakılığının dünyada geniş yayılan faktorlardan biri olduğunu bildirib.

“Cəmiyyətdə erkən nikah problemi” mövzusunda çıxış edən İSİM-in sosioloqu Ayşəm Balayeva zorakılığın əsas səbəblərindən olan erkən və məcburi nikahın təsirlərinə diqqəti çəkib: “Erkən nikah 18 yaşı olmayan həm oğlanın, həm də qızın sağlamlığına, gələcək həyatına ciddi mənfi təsirlər göstərə, ailədaxili zorakılığa səbəb ola bilər. Məcburi nikah ailə qurmağa məcbur edilmə deməkdir. Qarşılıqlı istək olmadan qurulmuş ailələr çox vaxt tez dağılır, həmin ailələrdə zorakılıq halları və boşanmalar tez-tez baş verir”. Erkən nikahın səbəblərini sadalayan məruzəçi bu problemin aradan qaldırılması üçün vacib olan tədbirlərə nəzər yetirib.

İSİM-in həkim-metodisti Nərgiz Kərimova isə erkən nikahların tibbi aspektlərindən söhbət açıb: “Gənc analarda doğuşdan sonra depressiya halları yetkin yaşda analara nisbətən daha tez-tez baş verir. Erkən yaşda hamiləlik, hamiləliyin pozulması və doğuşlar dünyada ana və uşaq ölümünün əsas səbəblərindən biri hesab olunur”. Məruzəçi həmçinin problemin həlli ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm