Məktəblərdə təsərrüfat işləri üzrə direktor müavinləri işdən çıxarılacaq - SƏBƏB
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə təsərrüfat işləri üzrə direktor müavinləri işdən çıxarılacaq - SƏBƏB

Növbəti tədris ilində Abşeron rayonunda 14 məktəbin direktor müavini vəzifəsindən azad ediləcək. Bu barədə işdən çıxarıldıqlarını iddia edən məktəblərin təsərrüfat işləri üzrə direktor müavinləri redaksiyamıza müraciət edib.

Növbəti ildən işdən azad ediləcəkləri ilə bağlı onlara xəbərdarlıq edilib. Bildirilib ki, həmin müavinlərdən ali təhsil və azı 3 il iş təcrübəsi tələb olunur. Bu tələblərə cavab verməyənlər isə işdən azad ediləcək. Bu barədə müavinlər Abşeron rayon Təhsil Şöbəsinə müraciət etdiklərini və onlara bu barədə qərarın nazirlik tərəfindən verildiyi bildirilib. Direktor müavinlərinin sözlərinə görə, bu qərarın nə üçün birdən-birə qəbul edilməsi onlar üçün qaranlıq qalıb, Təhsil İdarəsi də bu məsələyə aydınlıq gətirməyib. Onların sözlərinə görə, buna səbəb son vaxtlar maaşlarında olan artımdır. Belə ki, əvvəl 150 manat maaş aldıqları halda, son vaxtlar bu rəqəm 320 manata qədər yüksəlib. İndi direktor müavinlərini narahat edən məqam bu qərarın qanuni olub-olmasıdır.

Problemin səbəbini öyrənmək üçün Abşeron Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Publika.az-a açıqlamasında bu qərarın 1997-ci ildə qəbul edilmiş təlimata əsaslandığını bildirib: “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası təlimatına uyğun olaraq təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərin ali və orta ixtisası və azı 3 il iş stajı olmalıdır. Bu qərar hələ 1997-ci ildə verilib. Bu vəzifəni icra edənlərdən pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil, ən azı 3 il pedaqoji staj, təhsilin təşkili və idarə olunması üzrə diplom (sertifikat) tələb olunur. Bunu nəzərə alaraq da belə bir addım atılıb”.

1997-ci ildə qəbul edilmiş qərarın nə üçün indi tətbiq edilməsi sualına aydınlıq gətirən A.Nağıyev əvvəl bu məsələlərin icra nümayndəliklərinin nəzarəti altında olduğunu deyib: "Əvvəl bu işə icra nümayndəlikləri nəzarət edirdi. Həmin şəxslər icra nümayəndələri tərəfindən də işə qəbul ediliblər. Bu ilin yanvarından Ərazi Maliyyə Hesablaşma Mərkəzləri yaradıllıb, hesablaşmalar mərkəzləşdirilib. Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları Sumqayıt şəhərində yerləşən mərkəzə tabedir. Bu mərkəzlər yaradılandan sonra maliyyə məsələlərinə nəzarət daha da gücləndirilib. Hər hansı kritetiyaya uyğun gəlməyən işçilərin işinə yenidən baxıldı. Təsərrüfat işləri üzrə direktor müavinləri tələbələrə cavab vermədikləri halda vəzifədən azad edilir. Lakin həmin şəxslər işdən çıxarılmayacaq, onlara məktəbdə başqa işlər təklif edilir. Razılaşdıqları halda, qalıb texniki işlərdə, xadimə, gözətçi, katibə kimi işləyə bilərlər. Əmək qanunvericiliyinin 77-ci maddəsində göstərildiyi kimi bun şəxslərin təhsili vəzifələrinə uyğun gəlmir”.

A.Nağıyev bildirib ki, qərarın neçə məktəbi əhatə etməsi dəqiq bəlli olmadığından araşdırma aparılandan sonra bu barədə qərar veriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm