• USD 1,7000 0,00% EUR 1,9775 -0,31%
    • GBP 2,1708 +0,08% RUB 0,0217 -1,84%

Mənzilinizi satarkən nə qədər vergi ödəməlisiniz? - KALKULYATOR

Mənzilinizi satarkən nə qədər vergi ödəməlisiniz? - KALKULYATOR

Mənzil satılarkən verginin nə qədər təşkil edəcəyini öyrənmək məqsədlə Vergilər Nazirliyinin rəsmi internet saytında vergiləri hesablayan xüsusi kalkulyator yerləşdirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, bu kalkulyator vasitəsilə mənzilin sahəsini və hansı ərazidə yerləşdiyini yazmaqla vergi məbləğini öyrənmək olar.

Kalkulyatora Bakı şəhərinin zonalar üzrə xəritəsi də əlavə edilib ki, hər bir şəxs əmlakının yerləşdiyi ünvanın hansı zonaya aid olduğunu müəyyənləşdirə bilər.

Bunla bağlı ətraflı məlumat:

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və həmin vergi təqdim edilmə üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutulur. Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində isə göstərilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməklə bu verginin ödəyicisi ola bilərlər.

Qeyd olunan məsələ ilə bağlı indiyədək vergiödəyicilər, eləcə də vətəndaşlar tərəfindən xidmət mərkəzlərinə, "195-1" Çağrı Mərkəzinə, internet səhifəsinə edilən müraciətlərdən görünür ki, vətəndaşlar arasında ödəməli olduqları sadələşdirilmiş vergi məbləğinin müəyyənləşdirilməsi zamanı əsas sual doğuran hallar vergi dərəcələrinin, rayonlar üzrə əmsalların, Bakı şəhəri üzrə zonaların müəyyən edilməsi ilə bağlıdır. Hər iki vergi növünün hesablanmasında əmlakın sahəsi, onun yaşayış və ya qeyri-yaşayış sahəsi olması, Bakı şəhərində və ya digər şəhər və rayonlarda yerləşməsi (Bakı şəhəri üzrə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş zonalar üzrə müəyyən olunmuş əmsallar tətbiq olunur) göstəricilərindən istifadə olunur.

Bu baxımdan vergiödəyicilərin işini asanlaşdırmaq məqsədilə hazırlanmış kalkulyator müvafiq məlumatları daxil etməklə ödənilməli olan vergi məbləği barədə məlumat əldə etməyə imkanı verir. Artıq hər bir şəxs əmlakın sahəsi və yerləşdiyi ərazi barədə məlumatları kalkulyatorun müvafiq xanalarına daxil olmaqla vergi məbləğini çox asanlıqla hesablaya bilər. Bundan əlavə, kalkulyatora Bakı şəhərinin zonalar üzrə xəritəsi də əlavə edilmişdir ki, bununla hər bir istifadəçi öz əmlakının yerləşdiyi ünvanın hansı zonaya aid olduğunu müəyyənləşdirir.

Kalkulyatoru Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (taxes.gov.az) "Xəbərlər", "Aktual" bölmələrindən əldə etmək olar: http://www.taxes.gov.az/modul.php?name=pages&page=193

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR