13 yaşlı Novruzun ÜRƏK DAĞLAYAN HƏYATI: “Mən də...” – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

13 yaşlı Novruzun ÜRƏK DAĞLAYAN HƏYATI: “Mən də...” – FOTOLAR/VİDEO

Bəzən uşaqlara ani diqqətsizlik, ehtiyatsızlıq azyaşlıların gələcək həyatında silinməz izlər qoyur. 13 yaşlı Novruz da belə uşaqlardandır. O, kiçik yaşlarında ayaqlarının əzilməsi səbəbindən indi gəzə bilmir. Lakin buna baxmayaraq Novruz böyük arzularla yaşayır. O, oxumaq, gəzmək istəyir: “Gəzə bilmədiyimdən məktəbə də gedə bilmirəm. Küçədə uşaqlarla oynamaq istəyirəm, lakin oynaya bilmirəm. Gəzməyi, oxumağı arzulayıram. İstəyirəm anamın məzarını ziyarət edim. Ailəmizin maddi imkanı yoxdur. Mərhəmətli insanlardan, yaxşı insanlardan mənə kömək etmələrini xahiş edirəm”.

Novruzun atası da xəstə övladının müalicəsini arzulayır: “Novruzu Moskvada əməliyyat etdirmişəm. Üç ay xəstəxanada qaldıq. Sonra daha bir ay da müalicə olundu. Lakin sağalmadı. Həkimlər bildirdilər ki, bu xəstəliyin müalicəsi yalnız Almaniya və İsraildədir”.

Həyat yoldaşı vaxtsız rəhmətə getdiyindən övladlarının ikisinə də o baxır: “Mən özüm şəkər xəstəliyindən əziyyət çəkirəm, gözlərim yaxşı görmür.

Olan, qalan hər şeyimi satıb övladımın müalicəsinə xərcləmişəm. Amma təəssüf ki, daha müalicəyə maddi imkanım yoxdur. Xeyriyyəçi insanlardan xahiş edirəm övladımın müalicəsinə yardım göstərsinlər. İstərdim övladım durub gəzsin, oxusun. O, oxumaq istəyir. Oxuya bilir, amma gəzə bilmir deyə alınmır”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm