Qafqaz Universitetində növbəti forum
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetində növbəti forum

Qafqaz Universitetində ənənəyə çevrilmiş fənlərin tədrisi üzrə növbəti Forum keçirilib.

Publika.az xəbər verir ki, kimya fənninin tədrisinə həsr olunmuş Forum Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Təhsil Problemləri İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təşkil olunub. Forumda 230 nəfər orta məktəb müəllimi iştirakçı qismində çıxış edib. Kimya sahəsində tanınmış alimlər tədrisin inkişafı ilə əlaqəli bir neçə mövzuda məruzələr ediblər və praktik tövsiyələr veriblər. Orta məktəb müəllimlərinin iştirakı ilə kimya fəninin tədrisində qarşılaşdıqları problemlər və onun həlli yolları ilə əlaqəli müzakirələr də aparılıb. İştirakçılar forumun işini yüksək qiymətləndiriblər və onların işində mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər. Sonda iştirakçılara Forumun sertifikatı təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm