Qırmızı.az
Xalq artisti: "Prezidentdən məmur oğluna ən ağır cəza istəyirəm"
Xalq artisti, tarzən Ağasəlim Abdullayev prezidentdən məmur oğluna ən ağır cəza istəyib və bir neçə gün öncə əməliyyat olunan gəlinin vəziyyətinə də aydınlıq gətirib.
“Prezidentimiz sağ olsun, onların cəzalandırılması üçün göstəriş verib. Ona sonsuza qədər güvənirəm. Günahkar ailəmdən iki əzizimi apardı. Onlara nə deyə bilərəm. Ən ağır cəza nədirsə, verilməsini istəyirəm. Bəlkə, bir az da olsa, yarama məlhəm olar”.
Bunu ailəliklə avtomobil qəzasına düşən xalq artisti, tarzən Ağasəlim Abdullayev hadisənin günahkarı Xalid Mədətov barədə danışarkən bildirib.
“Gəlinimin burnu çox pis sınmışdı. Həmin sınıqlarını yenidən tikiblər, hələ ki gipsdədir. Özüm də yenə onun kimi. Qabırğamdakı çat mənə əziyyət verir, hələ də gipsdədir.”
Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.
Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. /Modern.az/
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!