Pakistanlı qonaqlar FHN Akademiyasında - FOTO
Bizi izləyin

Qırmızı.az

Pakistanlı qonaqlar FHN Akademiyasında - FOTO

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti aprelin 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olub.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov qonaqlara bu tədris ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib, pakistanlı həmkarları ilə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Sonra nümayəndə heyəti Akademiyadakı Heydər Əliyev Mərkəzi, Muzey və laboratoriyalarla tanış olub, kursantların tədris və istirahət şəraiti ilə maraqlanıblar.

Nümayəndə heyətinin rəhbəri səfir Şah Məhəmməd Camal səmimi görüşə görə təşəkkürünü bildirərək FHN Akademiyasında yaradılmış şəraiti yüksək qiymətləndirib. O, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm