Ermənilər Tərtər və Ağdamı D-30 haubitsalarından atəşə tutub
Bizi izləyin

Qırmızı.az

Ermənilər Tərtər və Ağdamı D-30 haubitsalarından atəşə tutub

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Publika.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm