BMT bu nazirliyə 189 min dollar ayırdı
Bizi izləyin

Qırmızı.az

BMT bu nazirliyə 189 min dollar ayırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai ümumi büdcəsi 189 000 ABŞ dolları olan “Sahibkarlıq və Məşğulluq üzrə İqtisadi Səlahiyyətlərin Genişləndirilməsi” üzrə layihə sənədini imzalayıblar.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından Publika.az-a verilən məlumata görə, layihə Azərbaycanda işsizlik səviyyəsinin azaldılmasına, eləcə də kiçik və orta sahibkarlığa dəstək verə biləcək texnologiyaların inkişaf etdirilməsinə yönələcək.

Layihə BMTİP, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə birgə həyata keçirilir.

Layihədə istifadə olunacaq “SYSLAB” (İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası) konsepti özündə müasir iş axtarma üsulları, sahibkarlıq, sistemli biznes, üz-üzə müsahibə qabiliyyəti, şəbəkələşmə və ofis bacarıqları kimi metodları cəmləşdirir.

Layihə SYSLAB metodologiyasının Gəncə və Masallı şəhərlərindəki Peşə Təhsili Mərkəzlərində tətbiqini dəstəkləyəcəkdir. Ümumilikdə, 400-dən çox insan layihədən yararlanacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm