Azərbaycan həbsxanalarında yanğın - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycan həbsxanalarında yanğın - FOTOLAR

Penitensiar Xidmətin Bakıdakı müəssisələrində baş vermiş "yanğınlar" söndürülüb.

Penitensiar Xidmətin Bakıdakı müəssisələrində baş vermiş "yanğınlar" söndürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında şəxsi heyətin və xüsusi kontingentin yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılması üzrə tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin Mühafizə texnikası şöbəsi tərəfindən təşkil olunan təlimlərdə şəxsi heyətin və xüsusi kontingentin yanğın təhlükəsi zamanı davranışı, həyata keçiriləcək təhlükəsizlik tədbirləri izah olunur, xüsusi vasitələrdən istifadə qaydaları aşılanır.

Növbəti belə tədbirlər 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində, eləcə də İxtisaslaşdırılmış Müalicə müəssisəsində keçirilib. Təlimlərdə Mühafizə texnikası şöbəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin rəhbərliyi, şəxsi heyətin və xüsusi kontingentin üzvləri iştirak ediblər. Keçirilən təlimlərdə Yanğın Təhlükəsizliyi Qaydalarının normalarına düzgün riayət edilməsi və müvafiq texniki vasitələr haqqında geniş məlumat verilib, istifadə qaydaları nümayiş etdirilib, müəssisələrdə fəaliyyət göstərən könüllü yanğından mühafizə dəstələrinin fövqəladə hallar zamanı hərəkətləri, yanğınsöndürən avtomobillərdən istifadə olunma qaydaları və xüsusi kontingentin təxliyyəsi məşq etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm