• USD 1,7000 0,00% EUR 2,0142 0,00%
    • GBP 2,2029 0,00% RUB 0,0227 0,00%

Cəbhəboyu rayonlarda 16 partlayış yeri yoxlanılıb - FOTO

Cəbhəboyu rayonlarda 16 partlayış yeri yoxlanılıb - FOTO

Cəbhəboyu rayonlarda 16 partlayış yeri yoxlanılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu barədə aprelin 28-də Agentlik tərəfindən Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.

Tərtər rayonu

Yuxarı Qapanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 10 500 kv.m ərazi yoxlanılıb.

Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 9 500 kv.m ərazi yoxlanılıb və PHS aşkar edilməyib.

Buruc kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).

Tərtər şəhəri - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılıb.

Cəmi: 10 ev və həyətyanı sahə, 9 partlayış yeri, 23 500 kv.m ərazi yoxlanılıb, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 470 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Çəmənli kəndi - 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Səfərli qəsəbəsi - 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Cəmi: 2 partlayış yeri və 2 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

28 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 12 ev, 16 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və 28 970 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 7-28 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 368 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 293 ədəd PHS, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR