SOS: Bu dərmanı almayın – ŞİKAYƏT - FOTO
Bizi izləyin

Qırmızı.az

SOS: Bu dərmanı almayın – ŞİKAYƏT - FOTO

Paytaxtın bir sıra apteklərində tərkibi şübhəli olan “İmmunofan” dərmanları satışa çıxarılıb.

Bu barədə Publika.az-a məlumat verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, son günlər AİB-ə istehlakçılar tərəfindən bu dərmanla bağlı şikayətlər daxil olub.

Alıcılar dərmanın ampulalarından istifadə etsələr də, onların immuniteti güclənmir: “Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76, mənzil 45-də yaşayan Ülviyyə Baxşıyeva Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət edərək bildirib ki, əvvəllər immuniteti qaldırmaq üçün istifadə etdiyi “İmmunofan” ampulalarından son vaxtlar bir neçə dəfə istifadə etsə də, dərmanlar onun səhhətinə heç bir təsir göstərməyib. İstehlakçı deyir ki, bu yaxınlarda qripə yoluxub.

O, “İmmunofan” ampulalarından vurdursa da, təəssüf ki, iynələrin heç bir təsiri olmayıb. Belə ki, əvvəllər vurdurduğu iynələrdən fərqli olaraq son vaxtlar istifadə etdiyi ampulaları vurdursa da, yenidən bir neçə dəfə qripə yoluxub. İstehlakçının sözlərinə görə, bu, onun immunitetinin güclənməməsindən xəbər verir”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm