Sürücülərə ŞAD XƏBƏR: Jalüz və "ştorka" mövsümü başlayır
Bizi izləyin

Qırmızı.az

Sürücülərə ŞAD XƏBƏR: Jalüz və "ştorka" mövsümü başlayır

Mayın 1-dən yay fəsli ilə əlaqədar avtomobillərə pərdə və plyonkaların vurulmasına icazə veriləcək.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov Publika.az-a bildirib ki, noyabrın 15-dək avtomobillərə pərdə və plyonkaların vurulmasına icazə veriləcək:

"Nəqliyyat vasitəsinin şüşələrinin görünüşünün məhdudlaşdırılması, şəffaflığın korlanması ilə əlaqədar pərdə, plyonka və digər örtüklərin quraşdırılaraq avtomobilin idarə edilməsi "Yol hərəkəti haqqında" Qanuna edilmiş 1 saylı əlavənin tələbinə əsasən, inzibati məsuliyyət yaradır. Lakin isti hava şəraiti ilə əlaqədar may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa və arxa sağ-sol şüşələrinin sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan "ştorka" və jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir. Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimələnəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm