Bu gecə Bakı Dəniz Vağzalında bomba həyəcanı yaşanıb
Bizi izləyin

Qırmızı.az

Bu gecə Bakı Dəniz Vağzalında bomba həyəcanı yaşanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparıblar.

Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib. Əməliyyat saat 01:37-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm