• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Vitse-spikerdən Qarabağ AÇIQLAMASI: “Biz bu hədəfə çatacağıq”

Vitse-spikerdən Qarabağ AÇIQLAMASI: “Biz bu hədəfə çatacağıq”

Milli Məclisin sədr müavini Bahar Muradova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Publika.az-ın məlumatına görə, vitse-spiker Bahar Muradova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, beynəlxalq qurumlar bu məsələdə Azərbaycanın hüquqlarını tanımağa borcludurlar: “Çağırış edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın yanında olsun. Bizim çağırışlarımızın ruhu dəyişməlidir. Biz beynəlxalq təşkilatlara çağırış etməliyik ki, haqqın və ədalətin yanında olsunlar. Belə çıxmasın ki, çağırışlarımızda yalnız birtərəfli maraqların təmin olunmasını istəyirik. Əslində biz dünyada və regionda sülhün və ədalətin bərqərar olmasını tələb etməliyik”.

B.Muradova deyib ki, artıq xalqın inamı özünə qayıdıb: “Bu, onu göstərir ki, biz qarşımıza qoyulan hədəfə çata biləcəyik. Orduda və gənclərimizdə yaranan yüksək vətənpərvərlik hissi deməyə əsas verir ki, ərazi bütövlüyümüzü bərpa edə biləcəyik”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR